lavrov 2

Braziliyada Rusiyanın xarici işlər naziri Sergey Lavrovu müğənni Leydi Qaqa ilə səhv salıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “StarHit” teleqram kanalı məlumat yayıb.

“İnstaqramda Rio-de-Janeyro küçələrində sirenlərlə hərəkət edən avtomobil kortejini əks etdirən video yayılıb. Görüntülərdə “Leydi Qaqa, Rioya xoş gəlmisiniz”, yazılıb. Lakin kortejdə amerikalı pop ulduz yox, rusiyalı diplomat Sergey Lavrov olub”, – deyə bildirilib.

Qeyd edək ki, Sergey Lavrov aprelin 28-29-da BRİKS-in 17-ci sammitinə hazırlıq çərçivəsində Rio-de-Janeyroda keçirilən toplantıda iştirak edib.

Müğənni Leydi Qaqanın isə mayın 3-də Rio-de-Janeyrodakı Kopakabana çimərliyində pulsuz konsert verməsi planlaşdırılır.

Günay Rəsulqızı
Globalinfo.az  

Paylaş: