Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İran Prezidenti Məsud Pezeşkiana və İran xalqına başsağlığı verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Prezidentinin rəsmi saytı məlumat yayıb.
Tokayev başsağlığı teleqramında Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində insanların həyatını itirməsi və çoxsaylı yaralanmalar səbəbindən dərin hüzn keçirdiyini bildirib.
Qazaxıstan lideri hadisə nəticəsində yaralananlara tezliklə şəfa diləyib və baş verən faciənin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.
Aysel Əliyeva
Globalinfo.az