Naci zelzele 23

Türkiyəli geoloq Naci Görür İstanbuldakı zəlzələdən sonra 6 maddəlik siyahı hazırlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Geoloq sözügedən maddələri “millətimlə müzakirə”, olaraq dəyərləndirib.

1 – İstanbulda zəlzələ olacaq.

2 – 23 apreldə baş verən hadisə İstanbul zəlzələsini gündəmə gətirdi.

3 – Millət olaraq qırılma xətlərinin, zəlzələlərin olub-olmamasından danışmamalıyıq.

4 – Bizim üçün vacib olan zəlzələlərə dayanıqlı şəhərlər yaratmaqdır. İnsanların ölməməsi üçün bu hadisənin minimum zərərlə öhdəsindən gəlməliyik.

5 – Alimlərə hörmətlə yanaşaq, elmin tərəfində olaq.

6 – Elm adamı universal tədqiqatlar aparan, məlumat toplayan, bunun əsasında nəticə çıxaran və bilgiləri beynəlxalq jurnallarda dərc etdirən şəxsdir. Hamı alim ola bilməz.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: