ABŞ Prezidenti Donald Trampın onlayn mağazası 2028-ci ildə seçki papaqlarının satışına başlayacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bildirilib ki, bu, Ağ Ev rəhbərinin üçüncü müddətə prezident olmaq niyyətindən xəbər verə bilər:
“Xüsusilə ABŞ-da istehsal edilən qırmızı beysbol papağının qiyməti 50 dollardır”.
Qeyd edək ki, Tramp əvvəllər prezidentlik üçün üçüncü müddətə namizədliyini istisna etməyib.
Lakin ABŞ Konstitusiyasına görə, heç kim iki dörd ildən artıq prezident postunu tuta bilməz.
Günay Rəsulqızı
Globalinfo.az