Papa Fransiskin ölüm səbəbi açıqlanıb, rəsmi arayış yayılıb.
Globalinfo.az xəbər verir ki, Vatikan Papa Fransiskin ölüm səbəbi ilə bağlı rəsmi tibbi arayışı açıqlayıb.
Sənəddə 88 yaşlı pontifikə beyin insultu diaqnozu qoyulduğu, bunun isə komaya və ürəyin dayanmasına səbəb olduğu bildirilir.
“Əziz Müqəddəs Papa Fransisk (Xorxe Mario Berqolio) 17 dekabr 1936-cı ildə Buenos Ayresdə (Argentina) anadan olub, Vatikan sakini və vətəndaşı idi. 21 aprel 2025-ci il tarixində səhər saat 07:35-də Vatikanın Müqəddəs Marfa yaşayış kompleksində vəfat edib. Ölümünə səbəb serebral insult, koma və geridönməz kardiosirkulyator kollaps olub”, – deyə açıqlamada bildirilir.
Bildirilib ki, bu haldan öncə pontifik kəskin tənəffüs çatışmazlığı, ikitərəfli çoxmikrob mənşəli pnevmoniya, çoxsaylı bronxoektaziya və yüksək qan təzyiqindən əziyyət çəkib. Bundan əlavə, onun II tip şəkərli diabet diaqnozu da olub.
***
22:19
Papa Fransiskin ölüm səbəbi açıqlanıb.
Globalinfo.az TASS-a istinadla xəbər verir ki, Papa Fransisk insult nəticəsində dünyasını dəyişib.
Rəsmi açıqlamaya görə, insult nəticəsində komaya düşən 88 yaşlı pontifikin ürəyi dayanıb.
Xatırladaq ki, Papa Fransisk Pasxa bazar ertəsi dünyasını dəyişib.
Aysel Əliyeva
Globalinfo.az