Filippinlərin Marinduke əyalətində qəza baş verib, 6 ölü, 20 yaralı var.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Bildirilir ki, içərisində 26 nəfərin olduğu avtobus çay kənarındakı ailəvi istirahət məkanına gedirmiş.
Filippinlərin Marinduke əyalətində yerləşən Boak şəhərinin Bantay kəndində avtobusun kanala aşması nəticəsində 6 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb. Bəzi sərnişinlər avtomobildən kənara atılıb, nəqliyyat vasitəsinə ciddi zərər dəyib.
İlkin məlumata görə, avtomobilin əyləcləri sıradan çıxıb və o, kanala düşməzdən əvvəl yüksək sürətlə beton maneəyə çırpılıb.