
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Bakı şəhərinin, Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı, eyni zamanda Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu rayonları ərazisində təmir, yenidənqurma və abadlıq işləri aparacaq.
Globalinfo.az xəbər verir ki, sözügedən ərazilərdə səkilərin, həyətlərin, park və bağların təmir və abadlaşdırma işlərinə toplam 56 milyon 999 min 810 manat vəsait ayırmağı planlaşdırılır.
Qeyd edək ki, müvafiq işlərin görülməsi üçün 2 tender elan edilib və təkliflərin son təqdimolunma tarixi hər iki tender üzrə mayın 2-dir.