putin parad1

Putin Qələbə paradında təcrübəli və döyüşə hazır ordunu nümayiş etdirmək istəyir.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Bildirilir ki, ordu paraddan birbaşa Ukrayna və ya Baltikyanı cəbhəyə gedə bilər.

“Belə bir parad əsl güc nümayişi və Avropaya Rusiyanın müdafiə sənayesinin müharibəyə hazır olması ilə bağlı aydın siqnal olardı”, – məlumatda deyilir.

Qeyd olunur ki, mayın 9-da keçiriləcək paradda Putin bu dəfə müasir Rusiya ordusunu nümayiş etdirə bilər. Nəşr yazır ki, Rusiya ordusu mayın 9-dan bir ay əvvəl Yekaterinburqda hərbi parad üçün ənənəvi geyim məşqi keçirib.

Paylaş: