Macarıstan Aİ-nin qərarına sərt etiraz etdi

Macarıstan Aİ-nin qərarına sərt etiraz etdi

Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa İttifaqının Ukraynaya hərbi dəstək planlarına qarşı kəskin mövqe sərgiləyib.

Globalinfo.az xəbər verir ki, o, Macarıstanın Ukraynaya yardım üçün bir qəpik belə ayırmayacağını və əgər Brüssel Kiyevin sürətli inteqrasiyası ilə bağlı qərar qəbul etmək istəsə, veto hüququndan istifadə edəcəyini bildirib.

Siyarto qeyd edib ki, Avropa Komissiyası Ukraynanı Avropa İttifaqına üzv olmadan öncə tam iqtisadi inteqrasiya etməyi təklif edir, lakin Budapeşt bu yanaşmaya qarşıdır.

Nazirin sözlərinə görə, Macarıstan həmçinin Aİ-nin Ukraynaya 40 milyard avro dəyərində silah-sursat göndərilməsi və oraya hərbi müşavirlər və təlimatçılar göndərilməsi planlarına qarşı çıxır. O, bu təşəbbüsləri regionda vəziyyəti daha da gərginləşdirəcək addımlar kimi qiymətləndirib.

Peter Siyarto eyni zamanda bəyan edib ki, Macarıstan Rusiyaya qarşı yeni sanksiyalar paketini dəstəkləməyəcək. Buraya Rusiya nazirlərinin sanksiya siyahısına salınması, eləcə də Rusiya nüvə sənayesi və enerji resurslarına qarşı məhdudiyyətlər daxildir.

Aysel Əliyeva
Globalinfo.az