Çin ABŞ mallarına əlavə rüsumları 84 faizdən 125-ə qaldırır.
Globalinfo.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
“Qərar aprelin 12-dən etibarən qüvvəyə minəcək. Bu addım Vaşinqtonun Çin mallarına tətbiq etdiyi rüsumlara cavabdır”, – deyə əlavə edilib.
Pekin qeyd edib ki, ölkə ticarət münaqişələri və tarif müharibələrinə can atmır:
“Lakin Çin ABŞ-dan qorxmur”.
Əliyar Xəlil
Globalinfo.az