“İranla birbaşa danışıqlar aparacağıq”.
Globalinfo.az “Reuters“ə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
ABŞ və İran nümayəndələrinin nüvə proqramı ilə bağlı görüşü şənbə günü Omanda keçiriləcək. ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff ilə İran tərəfdən yüksək vəzifəli bir rəsmi şənbə günü Omanda görüşəcəklər.
“Ümid edirik ki, bu sülhə gətirib çıxaracaq. Biz açıq şəkildə bildirmişik ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq və düşünürəm ki, məhz bu mövqe bizi bu görüşə gətirib çıxardı”, – deyə Rubio Prezident Donald Trampın sədrliyi ilə keçirilən Nazirlər Kabineti iclasında söyləyib.
Aysel Əliyeva
Globalinfo.az














