fotoo

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Ərdoğan Beştəpədə DEM Partiyasının nümayəndə heyətini qəbul edib. İclasda AK Partiya sədr müavini Efkan Ala, DEM partiyasının üzvləri Sırrı Süreyya Öndər və Pervin Buldanın iştirak edib”, – bildirilib.

Məlumata görə, bu, Türkiyə prezidentinin DEM Partiya rəhbərləri ilə ilk görüşüdür.

Qeyd edək ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. O, müraciətində silahların yerə qoyulmasını istəyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: