Bu gün səhər saatlarında Bakının mərkəzində marşrut avtobusu qəza törədib.
Globalinfo.az xəbər verir ki, Nərimanov rayonu Fətəlixan Xoyski küçəsində 67 saylı marşrut xətti üzrə hərəkət edən 90 MO 162 dövlət nömrə nişanlı avtobus sürücünün idarəetməsindən çıxıb.
Sərnişinlə dolu avtobus qarda sürüşərək yolun kənarındakı yol nişanlarına və ağaclara çırpılıb.
Nəticədə yol nişanları və ağaclar sınıb.
Hadisə yerindən görüntüləri təqdim edirik.
Zaira
Globalinfo.az