polsa

“Belarusla sərhəddə miqrantların hücumları artıb”.

Globalinfo.az xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.

Onun sözlərinə görə, hökumət hasarlarını yarmaq üçün aqressiv cəhdlər, o cümlədən daşlardan istifadə halları artıb:

“Polşa-Belarus sərhədində vəziyyət pisləşib. Əcnəbilər getdikcə daha şiddətli hərəkətlərə yol verirlər. Təkcə aprelin 5-nə keçən gecə Polşa ilə sərhədi qanunsuz keçməyə cəhdlə bağlı bir neçə yüz fakt qeydə alınıb. Belə hadisələr konkret olaraq Avropa və Polşada sabitliyi pozmaq məqsədi daşıyır”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: