İsrailin Baş naziri Binyamin Netanyahu bazar ertəsi ABŞ-a səfər edəcək və Prezident Donald Trampla görüşəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Nəşr yazır ki, baş nazir İsrailə qarşı gömrük rüsumlarına son qoymaq məqsədi ilə Trampla görüşən ilk lider ola bilər.
Prezidentlər bununla yanaşı İranın nüvə böhranı və regiondakı vəziyyət, həmçinin Qəzza ətrafındakı məsələləri də müzakirə edəcəklər.