335289667 229371726159572 2056781252989498866 n

“Nikol Paşinyanın istefası və ya vəzifəsindən getməsi ilə Ermənistanın strateji və diplomatik mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşacaq, həmçinin yeni müharibə təhdidi azalacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan feysbuk hesabında yazıb.

O bildirib ki, Paşinyan geniş şəkildə uğursuz lider kimi qəbul edilir.

“Onun siyasi kapitalı tükənib, reytinqi düşüb və rəhbərliyi düşmənlər üçün zəiflik, müttəfiqlər üçün isə etibarsızlıq simvoluna çevrilib. Onun rəhbərliyi dövründə Ermənistan torpaqlarını, həyatlarını və milli şərəfini itirib. Hər hansı bir hökumət, əgər milli maraqları və aydın məqsəd yönündə hərəkət edərsə, bu səhifəni çevirə bilər və Ermənistanın bölgədəki layiqli yerini bərpa edə bilər”, – paylaşımda deyilir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: