Ronaldodan sonra Messi də ərəb klubuna keçir?

Argentinalı ulduz futbolçu Lionel Messinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə danışıqlar apardığı məlum olub.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, “Əl-Hilal”ın rəhbərliyi Messiyə ildə 300 milyon avro maaş təklif edib.

Futbolçunun agenti və klub transfer xəbərlərinə hələlik münasibət bildirməyib.

Qeyd edək ki, “Əl-Hilal” klubu Kriştianu Ronaldonun bir müddət əvvəl transfer olduğu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun əsas rəqibidir.