Kiprdə iki dövlətin yaradılması çıxış yolu deyil.
Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Cənubi Kiprdən olan həmkarı ilə görüşü zamanı deyib.
O, Almaniyanın adada deeskalasiyanın qorunmasında maraqlı olduğunu bildirib:
“Almaniya sizin tərəfinizdədir. Həll yalnız BMT qətnamələri əsasında tapıla bilər”.
Qeyd edək ki, Cənubi Kipr Avropa Birliyinin üzvüdür, Şimali Kipr isə hələ də tanınmır. Avropa Birliyi adanın vahid dövlətdə birləşməsində israr edir, lakin tərəflərin mövqeləri buna mane olur. Bundan öncə vahid dövlət məsələsi ilə bağlı mühüm irəliləyişlər əldə olunsa da, sonda Cənubi Kiprin mövqeyi ucbatından yekun nəticə əldə etmək mümkün olmamışdı.
Zaira Akfiqızı
Globalinfo.az














