kiyev 2

Rusiya ötən gecə Kiyevə iri miqyaslı dron hücumu həyata keçirib.

Globalinfo.az xəbər verir ki, xüsusilə yaşayış məntəqələri və evlərində yatan mülki əhali hədəfə alınıb.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa bildirib:

“Ən azı üç nəfər, o cümlədən ata və onun beş yaşlı qızı həlak olub. Daha səkkiz nəfər yaralanıb. Onlardan ən azyaşlı isə cəmi 11 aylıq körpədir. Bu, son günlər Kropivnitski, Zaporojye, Odessa və digər şəhərlərə edilən analoji hücumlardan sonra baş verib”.

Onun sözlərinə görə, Rusiyanın mülki şəxslərə qarşı sistemli və məqsədyönlü terroru sülh iddiaları ilə ziddiyyət təşkil edir:

“Ukraynanın əhalini Rusiya terrorundan qorumaq üçün əlavə hava hücumundan müdafiə sistemlərinə, eləcə də qarşı tərəfə təzyiqlərin artırılmasına ehtiyac var”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: