Azərbaycanda spirt daha bir can aldı

Azərbaycanda spirt daha bir can aldı

Beyləqanda spirtdən zəhərlənən kişinin həyatını xilas etmək mümkün olmayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, spirtli içkidən zəhərləndiyi deyilən rayon sakini, 1967-ci il təvəllüdlü Ramiz Orucov Beyləqan rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.