Finlandiya Ukraynaya qoşun göndərməyəcək.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Hakkianen məlumat yayıb.
Onun sözlərinə görə, Finlandiya könüllülər koalisiyasında iştirak edir, lakin Ukraynada hər hansı bir sülhməramlı missiyasını istisna edir.
Xatırladaq ki, martın 5-də Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində Kiyevə yardım və Ukraynada hərbi kontingentin yerləşdirilməsi ilə bağlı müzakirələr üçün iclas keçirəcəyini demişdi. Rusiya XİN başçısı Sergey Lavrov məsələyə münasibət bildirərkən NATO qoşunlarının Ukraynada görünməsini ölkəsi üçün təhlükə adlandırmışdı.
Aysel Əliyeva
Globalinfo.az














