“Mançester Siti” “Çelsi”ni darmadağın etdi – VİDEO

“Mançester Siti” “Çelsi”ni darmadağın etdi - VİDEO

İngiltərə Kubokunun 3-cü raundu çərçivəsində növbəti matç baş tutub.

Globalinfo.az xəbər verir ki, “Etihad” arenasında son ölkə çempionu “Mançester Siti” “Çelsi”ni qəbul edib.

“Şəhərlilər” qonaqları böyük hesabla məğlub edib – 4:0.

“Mançester Siti” – “Çelsi” – 4:0

Qollar: Mahrez, 23,85, Alvarez, 30, Foden, 38.

Bu qələbə ilə “Mançester Siti” 1/16 finala yüksəlib. “Çelsi” isə mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, raunda bazar ertəsi “Oksford” – “Arsenal” matçı ilə yekun vurulacaq.