Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili məhkəmənin onu 9 il həbsə məhkum etməsinə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, o, qərarı ironik tərzdə “sürpriz” adlandırıb.
“Oliqarxın verdiyi hökmü sürpriz oldu, hə? Mən praktiki olaraq ömürlük həbsə məhkum edildim. Lakin bizi qorxuda bilməzlər!” – Saakaşvili qeyd edib.
***10:45
Büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunan Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi iş üzrə qərar elan edib.
Həmçinin Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiya da cinayət işi çərçivəsində 300 min lari cərimələnib. O, Saakaşvili ilə birlikdə büdcədən 9 milyon larini mənimsəməkdə ittiham olunur.
Hər iki şəxs məhkəmə iclasına qatılmayıblar. Penitensiar Xidmət Saakaşvilinin iclasa uzaqdan qoşulmaq istəmədiyini bildirən arayışı məhkəməyə təqdim edib və onun sağalana qədər iclasın təxirə salınmasını istəyib. Lakin iclas onun iştirakı olmadan baş tutub.
Həm Saakaşvili, həm də Canaşiya ittiham olunduqları maddələr üzrə özlərini təqsirli bilmirlər.
Əliyar Xəlil
Globalinfo.az














