“Ermənistan Baş naziri Nikol Paşinyan bu gün mövqeləri güclənən Rusiyanı qısqanmağa başlayıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
“Avropa İttifaqına üzvlüklə bağlı referendum layihəsinin 2 ay təxirə salınması və Rusiya ilə yaxınlaşma istiqamətində addımların atılması, xüsusən də idarələrarası münasibətlərin bərpası diqqət çəkir. Lakin Rusiyada Paşinyanın səmimiyyətinə inanmırlar və Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana səfərinin təxirə salınması Paşinyanı yoxlamaq cəhdidir.
Ermənistanın likvid hakimiyyət orqanları ilə əməkdaşlığı necə davam etdirdiklərini anlayırlar.
Rusiyada mayın 9-da Qırmızı Meydanda keçiriləcək tədbirlərdə Paşinyanın iştirak edib-etməyəcəyi də məlum deyil”, – nəşr yazıb.
Qeyd edək ki, Paşinyan 2023-cü ildə sözügedən tədbirdə, 2024-cü il mayın 8-də isə Avrasiya İqtisasi İttifaqının sammitində iştirak edib.
Safura Bənnayeva
Globalinfo.az