g

ABŞ Ukraynaya hərbi yardımı bərpa edib.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın Prezident Administrasiyası rəhbərinin müavini Pavlo Palisa da təsdiqləyib.

“ABŞ-dan təhlükəsizlik yardımının bərpa olunduğuna dair dəqiq məlumatım var. Razılaşmalar həyata keçirilməyə başlayır. Mübarizə davam edir!”, – deyə Palisa qeyd edib.

CNN telekanalı da adının açıqlanmasını istəməyən ukraynalı rəsmiyə istinadən Vaşinqtonun Kiyevə yardımının bərpa olunduğunu bildirib:

“Çərşənbə axşamı (martın 11-i – red.) Ukrayna rəsmisi Amerikanın Ukraynaya təhlükəsizlik yardımının bərpa olunduğunu təsdiqləyib”, – nəşr yazır.

Qeyd edək ki, bundan əvvəl Ciddə danışıqlarından sonra Ukraynanın atəşkəslə razılaşmasına cavab olaraq ABŞ nümayəndələri Kiyevə yardımın dərhal bərpa olunacağını bəyan etmişdilər.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: