“Səudiyyə Ərəbistanında keçirilən görüşdə ABŞ-Ukrayna danışıqlarının əsas mövzuları sülhə gedən yol və dövlətlər arasında ikitərəfli münasibətlər olacaq”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ arasında danışıqlarda ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, Ukrayna sülh razılaşmasına nail olmaq üçün ərazisinin bir hissəsindən imtina etməlidir.
Safura Bənnayeva
Globalinfo.az