“Rusiya ilə münasibətləri bərpa etmək asan deyil, amma mümkündür”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin keçmiş müavini Avet Adonts deyib.
O qeyd edib ki, bu, təkcə Ermənistan üçün deyil, bütün region üçün obyektiv zərurətdir:
“Moskva ilə münasibətlərimizdə təkcə ticarət-iqtisadi komponentə deyil, həm də etimad mühitində siyasi dialoqa başlamaq və təhlükəsizlik gündəliyinə xüsusi diqqət yetirməliyik. Regional məsələləri həll etmək üçün 3+3 formatını aktivləşdirmək, ATƏT-in Minsk qrupunu canlandırmaq, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını “dondurmaq” məqsədəuyğundur”.
Avet Adonts əlavə edib ki, bununla Ermənistan regional təhlükəsizlik arxitekturasında öz yerini bərpa etmək imkanı əldə edəcək.
Günay Rəsulqızı
Globalinfo.az














