m 1

Moskva vilayətində Ukraynanın PUA hücumu nəticəsində üçü uşaq olmaqla 18 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

“Bundan əlavə, iki nəfər ölüb”, – deyə qurum əlavə edib.

*** 09:39

Rusiyanın Moskva vilayətinə PUA hücumu olub.

Globalinfo.az xəbər verir ki, nəticədə azı bir nəfər ölüb, qeyri-rəsmi məlumatlara görə, 8 vətəndaş xəsarət alıb.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov deyib ki, itkilər paytaxtdan bir qədər kənarda yerləşən Vidnoye və Domodedovo şəhərlərində qeydə alınıb. Yaşayış binasında 7 mənzilə ziyan dəyib.

Hücumdan sonra Moskva hava limanlarında uçuş məhdudiyyətləri tətbiq edilib.

Qeyd edək ki, Ukrayna martın 11-də səhər saatlarında Moskvaya pilotsuz təyyarələrlə hücum edib. Hava hücumundan müdafiə sistemləri 91 pilotsuz uçan aparatı vurub. Lakin dağıntılar binalara, avtomobillərə və yanğınlara ziyan vurub. Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanlarında da məhdudiyyətlər tətbiq edilib.

Günay Rəsulqızı
Globalinfo.az

SBMI4bZoKkrR9ve6iA7SiYpo7tnDpBcPoW9g4SNZ:640ptBnSF1J13ge2TcOXzcvQXDY6qLGumOPmTWe4fi9:640

Paylaş: