Bu həftə Səudiyyə Ərəbistanında Rusiya və ABŞ arasında danışıqların yeni mərhələsi baş tutacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN televiziya kanalı məlumat yayıb.
“Amerika administrasiyasının nümayəndələri həm Rusiya, həm də Ukrayna rəsmiləri ilə görüşlər planlaşdırıblar”, – deyə telekanal əlavə edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllində əhəmiyyətli irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndə heyəti ilə görüşdə iştirak etməyəcək, lakin burada ölkənin əsas nazirləri olacaq.
Əliyar Xəlil
Globalinfo.az