bagdad

“Tramp administrasiyası Tehrana qarşı “maksimum təzyiq” kampaniyasının bir hissəsi olaraq, İraqa elektrik enerjisi üçün İrana pul ödəməyə icazə verən imtinanı ləğv edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.

İraq tezliklə İrandan elektrik enerjisi asılılığına son qoymağa çağırılıb. Bu qərarla İraqın elektrik enerjisi ilə təchizatında ABŞ şirkətləri üçün yeni imkanların yaranacağı vurğulanıb.

Trampın İranla bağlı kampaniyası “nüvə təhlükəsini dayandırmaq, ballistik raket proqramını məhdudlaşdırmaq və terrorçu qrupları dəstəkləməkdən çəkindirmək” məqsədi daşıyır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: