Ukrayna ABŞ-dan kəşfiyyat məlumatları almağa davam edir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” mənbələrə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, ABŞ hələ də Ukrayna SQ ilə kəşfiyyat məlumatları mübadiləsini davam etdirir, lakin həmin məlumatlar Rusiyanın zərbələrini izləmək üçün verilir, hücum məqsədilə yox.
Televiziya kanalının daha bir mənbəsinin məlumatına görə isə kəşfiyyat mübadilələrinə verilən fasilə müvəqqəti xarakter daşıyır və yaxın zamanda yenidən bərpa ediləcək.
Daha əvvəl isə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Habbard Ukraynanın münaqişəsinin həllində iştirakı ilə bağlı irəliləyiş əldə edildiyini açıqlamışdı. Onun sözlərinə görə, hadisələr belə davam edərsə, ABŞ yenidən Kiyevlə kəşfiyyat məlumatlarını bölüşə bilər.
Aysel Əliyeva
Globalinfo.az














