Bu mahnımız dünyaya səs saldı: Çində tarixə düşdü – Video

Bu mahnımız dünyaya səs saldı: Çində tarixə düşdü - Video

Bir müddət əvvəl Azərbaycanın məşhur “Cücələrim” mahnısının çin dilində səsləndirilməsi maraq doğurub. Son günlər sosial medianın xarici seqmentində də bu ifa gündəm olub. Hətta deyilənə görə, “Cücələrim” Çin musiqi tədris kitablarına da salınıb.

Qeyd edək ki, musiqisi Qənbər Hüseynli, sözləri Tofiq Mütəllimova aid mahnı Çin Yeni İli münasibətilə təşkil edilən tədbirlərin birində uşaqlar tərəfindən səsləndirilib.

Globalinfo.az-a danışan mahnının ilk ifaçısı, Əməkdar artist Suğra Bağırzadə deyib ki, illərdir bu musiqi dünyada dinlənilir:

Bu mahnımız dünyaya səs saldı: Çində tarixə düşdü - Video

Suğra Bağırzadə

“”Cücələrim”i ifa etdiyim görüntüləri sosial şəbəkə hesabımda paylaşanda onu 6,5 milyon nəfər bəyəndi. Çində uşaqlar mahnını öz dillərində ifa edirlər. Ümumiyyətlə bu mahnı səhv etmirəmsə, dünyanın 100 ölkəsinin dilinə tərcümə edilib. Təxminən 20 il öncə “Azerbaijan international journal”ın baş redaktoru Los-Ancelesdən gələrək mənimlə görüşmüşdü. O zaman ifa etdiyim “Cücələrim” mahnısının görüntülərini Qızıl Fonddan alıb aparmışdılar. Bundan sonra bütün dünyada mahnı mənim səsimlə paylaşıldı. Həmin ifanı böyük teatr səhnəsində Niyazinin dirijorluğu ilə oxuyan zaman 12 yaşım var idi”.

Zaira Akifqızı
Globalinfo.az