“Avropa İttifaqının (Aİ) yenidən silahlanması ilə bağlı Ursula von der Leyenin təqdim etdiyi 800 milyard avroluq plan reallıqdan uzaqdır”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Euractiv” saytı çıxış edib.
Qeyd olunub ki, bu qədər vəsaitin toplanması ümid və təxminlərə əsaslanır:
“Təklif həmçinin Aİ ölkələrini 150 milyard dollara qədər borclandıracaq”.
Məlumata görə, martın 6-da Avropa Komissiyasının bütün təklifləri Aİ liderlərinin görüşündə müzakirə ediləcək.
Qeyd edək ki, bundan öncə Avropa Komissiyasının ( AK) prezidenti Ursula von der Leyen Avropanın yenidən silahlanması barədə planını təqdim edib. Avropa ölkələri ABŞ-dan hərbi asılılığın azaldılması istiqamətində tədbirlər görməyə başlayıblar.
Əliyar Xəlil
Globalinfo.az