Messi “Barselona”ya qayıdır – Tarix

Messi "Barselona"ya qayıdır - Tarix

“ABŞ-ın “İnter Mayami” klubunun argentinalı futbolçusu Lionel Messi “Barselona”ya qayıtmaq istəyir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “DSports” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Messi təmir edilmiş “Kamp Nou” stadionunda oynamadan karyerasını bitirməyə hazır deyil. Onun MLS mövsümünün sonunda yenidən İspaniya komandasına qoşulacağı gözlənilir.

Qeyd edək ki, Messi 2004-cü ildən 2021-ci ilə kimi “Barselona”da çıxış edib. O, 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib. Kataloniyalıların heyətində 10 dəfə İspaniya çempionu, 4 dəfə Çempionlar Liqasının qalibi, 7 dəfə İspaniya kubokunun və 8 dəfə Superkubokun sahibi olub.

Safura Bənnayeva
Globalinfo.az