owl detail 620 ad3ae8ed28fd3bbaea19182343a20343

Volodimir Zelenski ABŞ-ın Kiyevə etibarını itirməsinə səbəb oldu.

Globalinfo.az xəbər verir ki, bunu Ali Radanın deputatı Aleksey Qonçarenko teleqram kanalında yazıb.

O, ABŞ Prezidenti Donald Trampın Zelenskiyə “diktator” və “komediya ustası” deməsini “başçının böyük diplomatiya oyunu” adlandırıb.

“ABŞ olmazsa, biz məğlub olarıq. Bütün bu baş verənlər Zelenskinin və onun idarəçiliyinin problemidir. Bizi bu vəziyyətə o gətirib: məhz Zelenskinin qərarları”, – deyə deputat qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: