VACİB XƏBƏRLƏR

Azərbaycanda bu peşənin sahibləri 4 dəfə çox maaş alırlar

İqtisadiyyat

manat sabitlik

2024-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilə nisbətən 8,1 faiz artaraq 1009,2 manat təşkil edib.

Globalinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3729,4 manat, qeyri neft-qaz sektorunda 959,6 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 975,2 manat, özəl müəssisələrdə isə 1044,1 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Paylaş:

Ən çox oxunan xəbərlər

Rubrika

Bizi izləyin

Xəbər axtarın
Axtarış