Bronxit səbəbi ilə xəstəxanaya yerləşdirilən Papa Fransiskin vəziyyəti sabitdir.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Vatikanın Mətbuat idarəsi məlumat yayıb.
Xatırladaq ki, bir müddətdir Roma Papasının səhhətində problem yaranıb. Bir neçə gün öncə keçirilən görüşlərdə onun iştirakçılara müraciətini Vatikanın əməkdaşı oxuyub.
88 yaşlı Fransisk ötən illərdə bir neçə dəfə xəstəxanaya yerləşdirilib.














