ABŞ onlar üçün sualtı qayıq istehsalını artırır

ABŞ onlar üçün sualtı qayıq istehsalını artırır

ABŞ hərbi sənaye kompleksini yenidən quracaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset məlumat yayıb.

O, ABŞ-ın gəmi və sualtı qayıq istehsalını daha da inkişaf etdirməli olduğunu deyib.

“ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında Müdafiə Nazirliyinə hərbi sənaye kompleksimizə etibarlı investisiyaların yatırılmasını təmin edən dərin və köklü islahatlar gəlir. Biz gəmi və sualtı qayıq istehsalımızı əhəmiyyətli dərəcədə artırmalıyıq. Tək özümüz üçün yox, həm də müttəfiqlərimiz üçün”, – Heqset qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az