1032021 fb

Norveç Ukraynaya PUA tədarükü məqsədilə yaradılan koalisiyaya qoşulub.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Tore Sandvik məlumat yayıb.

“Norveç artıq PUA-ların əldə edilməsi və təkmilləşdirilməsinə töhfə verir. Buna görə də bizim dronlar üzrə yaradılan koalisiyaya qoşulmağımız təbiidir”, – deyə nazir bildirib.

Tore Sandvik Norveçin bunun üçün 62 milyon dollar maliyyə vəsaiti ayırdığını da qeyd edib.

Xatırladaq ki, Ukraynaya dron tədarükü məqsədilə koalisiya ötən ilin noyabrında Birləşmiş Krallıq və Latviya tərəfindən yaradılıb. Daha sonra bu koalisiyaya bir neçə dövlət də qoşulub.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: