Brüsseldə on minlərlə insan etiraz aksiyasına başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Aksiyaya təxminən 60 min insan qoşulub. İştirakçılar pensiya islahatlarına qarşı etiraz şüarları səsləndiriblər.
Polislə etirazçılar arasında toqquşma yaşanıb. Güc strukturları aksiyanı dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.
Etiraz aksiyası son illərin ən kütləvi aksiyası kimi qiymətləndirilir.
Aysel Əliyeva
Globalinfo.az














