Rusiya və ABŞ Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara başlayır.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb.
“Biz komandalarımızın dərhal danışıqlara başlamasını razılaşdırdıq. Biz Zelenskiyə zəng ilə başlayacağıq. Bu dəqiqə elə onunla məşğul olacağam”, – deyə Tramp qeyd edib.
“Mən dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffə, milli təhlükəsizlik üzrə müşavirim Maklt Uoltsa və xüsusi nümayəmdən Stiv Uitkoffdan bütün danışıqları aparmalarını tapşırdım. BU danışıqların təsirli olacağına əminəm”, – ABŞ Prezidenti əlavə edib.
Xatırladaq ki, bu gün Donald Tramp əvvəlcə rusiyalı həmkarı Vladimir Putinlə, daha sonra isə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.
Aysel Əliyeva
Globalinfo.az














