Paruir Hovhannisyan

“Azərbaycan və Ermənistan arasında 2025-ci ildə sülh müqaviləsinin imzalanmasını mümkün hesab edirik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

O, İrəvanın uzun illər davam edən münaqişəni sonlandırmaq və sülhə nail olmaq istədiyini bildirib:

“Son zamanlarda baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan da mətbuat konfranslarında bu məsələyə toxunublar. Biz hazırda həqiqətən də sülhə çox yaxınıq. Danışıqlarda müsbət dinamika var, delimitasiya prosesində irəliləyiş əldə olunur. Regionda kommunikasiyaların açılması ilə bağlı mövqeyimiz də konstruktivdir. Ermənistan uzun illərdir ağrılı müharibələrdən əziyyət çəkən bölgədə sülhə nail olmağa çalışır. Bu il də tərəfdaşlarımızla məsələnin üzərində işləyəcəyik və müsbət nəticə əldə edəcəyimizə inanırıq”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: