“Qrenlandiya ABŞ-ın mülkünə çevrilməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen deyib.
ABŞ dövlət katibi Marko Rubionun “Tramp Qrenlandiyanı alacağını deyəndə zarafat etmirdi” sözlərinə münasibət bildirən Rasmussen deyib: “Biz də zarafat etmirik. Qrenlandiya, əlbəttə ki, ABŞ-ın mülkünə çevrilməyəcək”.
“Torpaq satmaq artıq keçmişdə qalıb. Qrenlandiyanın ABŞ-a ötürülməsi hüquqi və siyasi cəhətdən qeyri-mümkündür”, – deyə danimarkalı nazir əlavə edib.
Xatırladaq ki, ötən il dekabrın 23-də Donald Tramp sosial media hesabında Qrenlandiyanın ABŞ nəzarətində olmasının “mütləq zərurət” olduğunu qeyd edib.
Əliyar Xəlil














