ABŞ-da bir gündə ikinci faciə: Təyyarə yerə çırpıldı – FOTO

ABŞ-da bir gündə ikinci faciə: Təyyarə yerə çırpıldı - FOTO

ABŞ-ın Kaliforniya ştatında kiçik mühərrikli təyyarə qəzaya uğrayıb. 

Globalinfo.az  xəbər verir ki, Cirrus SR22 təyyarəsi Santa Barbara havalimanı yaxınlığında yerə çırpılıb.

Məlumata görə, qəza nəticəsində 2 nəfər ağır yaralanıb, lakin ölən yoxdur.

Qəzanın baş vermə səbəbi hələlik məlum deyil.

Xatırladaq ki, bu gün səhər saatlarında Vaşinqtonda Reyqan adına aeroportda təyyarə qəzası baş verib. Yerə enməyə çalışan sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub. Nəticədə təyyarə yaxınlıqdakı çaya düşüb. 4 nəfər xilas edilsə də, 19 nəfərin cəsədi çıxarılıb.

ABŞ-da bir gündə ikinci faciə: Təyyarə yerə çırpıldı - FOTO
ABŞ-da bir gündə ikinci faciə: Təyyarə yerə çırpıldı - FOTO