“Biz Azərbaycanla münasibətlərimizin tənzimlənməsi prosesi çərçivəsində regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasını dəstəkləyirik”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
Mirzoyan İrəvanın Azərbaycanla yanaşı, Gürcüstanla da sərhədlərin müəyyənləşdirilməsini planlaşdırdığını bildirib:
“Biz “Sülhün kəsişməsi” layihəsi çərçivəsində iki ölkə ilə də sərhədlərimizin müəyyənləşdirməyə hazırıq. Azərbaycanla danışıqlar davam edir, sülh prosesini yekunlaşdırmağa hazırıq. Bu, həm sülh sazişinə, həm nəqliyyat infrastrukturunun blokadadan çıxarılmasına, həm də demarkasiya prosesinə aiddir”.
Qeyd edək ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili hazırda İrəvanda səfərdədir.
Əliyar Xəlil
Globalinfo.az