“Anam illərdir ürək xəstəliyindən əziyyət çəkir. Bundan başqa infarkt və insult keçirib”.
Bu sözləri Globalinfo.az-a Xalq artisti Fatma Mahmudovanın qızı, aktrisa Nigar Tofiqqızı anasının son durumu haqda danışarkən deyib.
O, F.Mahmudovanın hələ də reanimasiyada olduğunu bildirib:
“Anam hələ də reanimasiyada həkim nəzarəti altındadır. Düzdür, yanına tez-tez daxil olmağa icazə vermirlər, ona görə də bacım indi yanına getdi”.
Xatırladaq ki, Xalq artisti Fatma Mahmudova Bakıdakı özəl klinikalardan birində reanimasiyadadır. Onun insult keçirdiyi bildirilir.
Zaira Akifqızı
Globalinfo.az














