Macarıstan Ukraynaya Rusiyadan qaz tranzitinin bərpasını gecikdirməyə imkan verməyəcək.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
O bildirib ki, bu məsələ ilə bağlı Kiyevə təzyiq etmək imkanları var.
“Bizi axmaq hesab etmək olmaz. Əgər qaz tranzitini bərpa etməmək üçün dirənsələr, o zaman Ukrayna məsələsi ilə bağlı sonrakı səsvermələrdə müəyyən addımlar atacağıq. Səslərimizi Ukraynanın Avropaya inteqrasiya və maliyyə dəstəyi məsələlərində təzyiq kimi istifadə edəcəyik”, – Siyarto vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az