Tramp bu ölkəni 6 dəqiqəyə tabe etdi – LƏĞV

Tramp bu ölkəni 6 dəqiqəyə tabe etdi - LƏĞV

Kolumbiya ilə ABŞ arasındakı miqrant böhranı həll edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Hill” yazıb.

ABŞ-ın qeyri-leqal miqrantları daşıyan iki təyyarəsini qəbul etməkdən imtina edən Kolumbiya lideri sonradan qərarını dəyişib. Buna səbəb ABŞ Prezidenti Donald Trampın Kolumbiyanın bütün mallarına 25%-lik gömrük rüsumu tətbiq etməsi, eləcə də bu ölkənin bütün hökumət rəsmilərinə viza qadağası qoyması olub.

Yerli mətbuat yazır ki, Trampın qərarından 6 dəqiqə sonra Kolumbiya lideri qərarını dəyişib. Prezident Qustavo Petro əmr verib ki, miqrantların daşınması üçün prezident təyyarəsindən istifadə edilsin:

“Kolumbiya vətəndaşlarının ölkəyə layiqli qayıdışı təmin edilməlidir. Onlar ölkəyə bu gün səhər deportasiya reyslərindən sonra gələcəklər”.

Əliyar Xəlil
Globalinfo.az