Deputatdan nazirə çağırış: “İstefa ver”

Deputatdan nazirə çağırış: “İstefa ver”

Ukrayna Ali Radasının deputatı Anastasiya Radina müdafiə naziri Rüstəm Umerova vəzifədən getməyi tövsiyə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Deputat bu addımını nazirin rəhbərliyi dövründə müdafiə müqavilələrinin icrasında problemlərin yaranması ilə əsaslandırıb. Xatırladaq ki, daha əvvəl Ali Radanın digər üzvü – Maryana Bezuqlaya da nazirin istefası tələbi ilə çıxış etmişdi. “Müdafiə nazirinin istefası milli təhlükəsizliyin mühüm və təcili məsələsidir”, – deyə deputat bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az