“Ukrayna müharibəsindən qaçmaq mümkün idi”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Bəzi subyektlər hər şeyi etdilər ki, Rusiyanın aqressiyasını reallaşdırsınlar. Təəssüf ki, bu, dost Ukrayna üçün dağıdıcı nəticələrə səbəb oldu. Əlbəttə, istənilən müharibədən qaçmaq olar. 2008-ci il müharibəsindən asanlıqla qaçmaq mümkün idi. Ukrayna savaşından da, amma müəyyən qüvvələr, “Deep state” (dərin dövlət), qlobal müharibə partiyası hər şeyi etdi ki, müharibə başlasın”, – o bildirib.
Kobaxidze müharibədə Ukraynanın günahkar olmadığını söyləyib.
Əliyar Xəlil
Globalinfo.az